Neft və neft məhsullarının ixrac rəqəmləri açıqlandı
Bizi izləyin

İqtisadi gündəm

Neft və neft məhsullarının ixrac rəqəmləri açıqlandı

Neft və neft məhsullarının ixrac rəqəmləri açıqlandı

Novorossiysk limanından 84 min 910 ton, Supsa limanından 242 min 132 ton, Ceyhan limanından 1 milyon 400 min 577 ton xam neft ixrac edilib.

Publika.Az ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən bildirir ki, ümümilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 169 min 649 ton, Supsa limanından 565 min 129 ton, Ceyhan limanından isə 2 milyon 992 min 617 ton xam neft ixrac edilib. Neft məhsullarının ixracına gəlincə, 2014-cü ilin fevral ayında 383 ton avtomobil benzini, 86 min 168 ton dizel yanacağı, 13 min 88 ton təyyarə yanacağı, 34 min 448 ton vakuum qazoylu ixrac edilib.

Ümumilikdə, 2014-cü ilin yanvar-fevral ayları ərzində 383 ton avtomobil benzini, 164 min 275 ton dizel yanacağı, 23 min 245 ton təyyarə yanacağı, 34 min 448 ton vakuum qazoylu ixrac olunub. 2014-cü ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 970,15 dollar, təyyarə yanacağının - 959,85 dollar, dizel yanacağının - 908,73 dollar, 1 faizli kükürdlü mazutun - 632,81 dollar təşkil edib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm