Siyasi böhran Rusiya birjasını vurdu
Bizi izləyin

İqtisadi gündəm

Siyasi böhran Rusiya birjasını vurdu

Siyasi böhran Rusiya birjasını vurdu

Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik Moskva Birjasını vurub

. Birja və rubl rekord səviyyədə dəyər itirib.

Publika.Az xarici mətbuata istinadən bildirir ki, Rusiya Mərkəz Bankı həftənin ilk günündə yaşanan hərəkətlikdən sonra bazara müdaxilə edib.

”Mərkəz Bank şərhində siyasi gərginliyə toxunmasa da faiz nisbətini 5,5 faizdən 7 faizə qaldırıb. Moskva Birjasının spikeri Nikita Bekasov isə vəziyyətə belə münasibət bildirib: "Təbii ki sərmayəçilər həftə sonu bazarlar bağlıykən meydana gələn qlobal hadisələrə və xarici siyasi hadisələrinə reaksiya verə bilmədi.

Bunlar rubla təsir etdi. Rubl birjada avro və dollar qarşısında dəyər itirdi. Lakin Mərkəz Bank təməl faiz nisbətini dərhal yüksəldərək zamanında reaksiya göstərdi".

Qeyd edək ki, həftə sonu birja 10 faiz dəyər itirib. Ukrayna üzərindən Avropaya enerji daşınmasını həyata keçirən “Qazprom” şirkətinin birjadakı itkisi 12 faiz olub. Rublenin dəyər itkisi də 2 faizə qədər yüksəlib.

Siyasi gərginliyin ardından Rusiyada 2008-ci ildən sonra birjada ən böyük eniş yaşanıb. Kafi ehtiyatı olduğu ifadə edilən Mərkəz Bankı isə inflyasiya riskinə qarşı tədbirlır görüldüyünü açıqlayıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm