• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

“Qazprom” Ukraynaya satdığı qazın qiymətini qaldırır

“Qazprom” Ukraynaya satdığı qazın qiymətini qaldırır

Rusiyanın enerji nəhəngi “Qazprom” Ukrayna ilə yaşanan gərginlikdə strateji bir silaha çevrilib. Publika.Az xəbər verir ki, Rusiya Krımın idarəsini ələ aldıqan sonra “Qazprom” Ukraynaya satdığı qazın qiymətini artıra biləcəyini açıqlayıb.

“Qazprom” Ukraynanın yığılan borcları səbəbiylə endirimli qiymətdən satışa son verilə biləcəyini bəyan edib. Onu da bildirək ki, “Qazprom”un atacağı addımlar Avropanı yaxından maraqlandırır.

Ukrayna ölkənin ehtiyac duyduğu qazın 72 faizini Rusiyadan idxal edir. Avropa Birliyi isə istifadə etdiyi qazın 30faizini bu ölkədən tədarük görür.

Bu rəqəmin 50 faizi Ukrayna üzərindən Avropaya çatır. Ukraynanın “Naftogaz” şirkətindən əldə edilən endirim razılaşması çərçivəsində “Qazprom”a min kub metr qaz üçün 268 dollar ödənilir.

Bu rəqəmin ikinci dörddəbirdə 400 dollara çıxa biləcəyi deyilir. Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR