Elman Rüstəmov BVF nümayəndələrini qəbul edib
Bizi izləyin

İqtisadi gündəm

Elman Rüstəmov BVF nümayəndələrini qəbul edib

Elman Rüstəmov BVF nümayəndələrini qəbul edib

Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Raja Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.

Publika.Az Mərkəzi Banka istinadən bildirir ki, görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib.

Bildirib ki, bu il və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacaq.

O, həmçinin pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması, “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusilə diqqətə çatdırıb. Öz növbəsində R.Almarzoqi 2013-cü ildə ölkədə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib.

O, ölkənin qarşısında duran qısa və ortamüddətli çağırışlara nəzər yetirərək, BVF-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi aparıb. Görüşdə Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm