Krımın Rusiyaya verdiyi bir günlük zərər
Bizi izləyin

İqtisadi gündəm

Krımın Rusiyaya verdiyi bir günlük zərər

“Krımın Rusiya hərbçiləri tərəfindən tutulması ilə nəticələnən münaqişədə Rusiya Federasiyasının itkiləri hamıdan böyükdür”.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Polşa prezidenti Bronislav Komorovski ölkənin telekanallarından birinə müsahibəsində deyib.

Polşa prezidenti fikrincə, Rusiyanın Ukrayna münaqişəsinə görə bir günlük itkisi 70 milyard dollardır. B.Komorovski Krımın tutulmasından sonra Rusiya rublunun dəyərinin düşməsini və Rusiya maliyyə bazarında yaranan vəziyyəti xatırladıb.

“Məndə belə bir təəssürat yaranıb ki, prezident Vladimir Putin mümkün sanksiyalardan sonra Rusiyanın daha çox itirəcəyini anlayıb”, - Polşa prezidenti vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı və ABŞ sanksiyaların tətbir oluna biləcəyi ilə bağlı Rusiyaya xəbərdarlıq edib. V.Putin isə hesab edir ki, sanksiyalar bütün tərəflərə zərər vuracaq. “Sanksiyaların nəticələri barədə onları tətbiq etməyə hazırlaşanlar da düşünməyə məcburdur. Düşünürəm ki, müasir dünyada əlaqələr qarşılıqlıdır və hamı bir-birindən asılıdır. Təbii ki, zərər də qarşılıqlı olacaq”, - Putin bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm