Mübariz Mənsimov 1,3, Aydın Doğan 1,1 milyarda sahibdir
Bizi izləyin

İqtisadi gündəm

Mübariz Mənsimov 1,3, Aydın Doğan 1,1 milyarda sahibdir

Mübariz Mənsimov 1,3, Aydın Doğan 1,1 milyarda sahibdir

"Forbes” dünyanın ən varlı 1645 adamının siyahısını açıqlayıb.

Siyahıya Türkiyədən 24 nəfərin adı daxil edilib. Publika.Az Türkiyə mətbuatına istinadən bildirir ki, 408-ci sırada Murat Ülkerin sərvəti 3,7 milyard dollar dəyərləndirilib. Şarık Tara isə 4,7 milyard dollar sərvəti ilə 486-cı yerdə dayanır.

Hüsnü Özyeğin 3 milyard, Elman Ilıcaq 2,8 milyard, Semahat Sevim Arsel 2,2 milyard, Mustafa Rahmi Koç 2,1 milyard, Ferid Faik Şahenik 2,1 milyard, Suna Kırac 1,85 milyard, Filiz Şahenik 1,8 milyard, Mehmet Sinan Tara 1,6 milyard, Ahsen Özökür 1,55 milyard, Ali Ağaoğlu 1,55 milyard, Bülent Eczaçıbaşı 1,5 milyard, Faruk Eczaçıbaşı Mehmet Nazif Günal 1,5 milyard, Mehmet Emin Karamehmet 1,5 milyard, Hamdi Ulukaya 1,4 milyard dollar sərvətə malikdir.

Azərbaycan əsilli milyader Mübariz Mənsimov isə dünya milyaderlərinin siyahısında 1284-cü yerdədir. Mənisimovun sərvəti 1,3 milyard dollardır. Aydın Doğan da bu dəfə milyaderlərin arasında yer alıb. Doğanın 1,1 milyardı var.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm