“Forbes”də 172 nəfər milyader qadın var
Bizi izləyin

İqtisadi gündəm

“Forbes”də 172 nəfər milyader qadın var

“Forbes”də 172 nəfər milyader qadın var

Məşhur “Forbes” jurnalı 2014-cü ilin ən zəngin adlarını açıqlayıb. Diqqəti çəkən 1645 milyaderin siyahısında cəmi 172 qadının olmasıdır.

Publika.Az jurnala istinadən bildirir ki, bu da dünya üzrə milyaderlərin 10 faizi deməkdir.

Başqa tərəfdən siyahıya yeni əlavə olunan 268 nəfər arasında qadınlar çoxluq təşkil edir. 2014-cü ildə milyanerlər klubuna qatılan 268 nəfərdən 42-sinin qadın olması rekord imza sayılır.

“Forbes”in zənginlər siyahsında olan 1 milyard dollar üzəri sərvətə sahib kəslərin yalnız 1.9 faizi qadındır. Dünyanın ən zəngin qadını isə Christy Walton. Waltonun fərdi sərvəti 36.7 milyard dollardır. Walton məşhur pərakəndə zənciri Wal-Martın varislərindən biridir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm