Paytaxtın yükünü azaltma modeli- Xüsusi İqtisadi Zonalar
Bizi izləyin

İqtisadi gündəm

Paytaxtın yükünü azaltma modeli- Xüsusi İqtisadi Zonalar

Regionların inkişafına Xüsusi İqtisadi Zonalar daha çox təkan verə bilər

“Dövlət başçısı 2007-ci ildə “Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması” haqqında fərman imzalasa da, bu fərman indiyədək icra edilməmiş qalır”, - Publika.Az xəbər verir ki, bu fikirləri Azərbaycanda Regional İnkişaf Mərkəzinin Beynəlxalq Mətbuat Mərkəzində “Regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda keçirilən dəyirmi masada səsləndirilib.

Tədbiri fondun sədri, professor Çingiz İsmayılov açaraq, dəyirmi masa iştirakçılarını rəhbərlik etdiyi təşkilatın apardığı araşdırmaların nəticələri ilə tanış etdi. Məlum oldu ki, fond kollektivi regionların sosial-iqtisadi mənzərəsinin real durumunu aydınlaşdırmaq üçün üç əsas istiqaməti priorotet kimi seçmişdir. Bunlar rəsmi statistika və iş icraçılarının təqdim etdiyi rəqəmlər; mütəxəssis-ekspertlərin qiymətləndirməsi və sosioloji sorğuların nəticələrinə əsaslanma texnologiyalarıdır.

Bəs real vəziyyət necədir? Fond sədrinin sözlərinə görə: “Araşdırma zamanı müəyyən iqtisadi artımlarla yanaşı, inkişafın daha çox paytaxt Bakını və onun ətrafını əhatə etməsi kimi faktlarının (91%) mövcudluğu da üzə çıxarılıb. Bu isə şübhəsiz ki, əhalinin daha çox Bakıda cəmləşməsinə səbəb olub. Xüsusi iqtisadi zonaların, dünya ölkələrinin təcrübəsində olduğu kimi yaradılması, həmçinin onların ucqarlarda yaradılması isə həm regionların inkişafına kömək edər, həm əhalinin Bakıya axmasının qarşısını iqtisadi əsaslarla almış olardı. Bu zaman bölgələrdə infrastrukturun olmamasını əsas maneə kimi götərə bilərlər. Ancaq bu, o qədər də tutarlı arqument deyil. Əslində xüsusi iqtisadi zonalarla bərabər, orada infrastruktur da yaradılmalıdı.” Ç.İsmayılovun digər təklifləri isə regionlara daha çox investisiyaların cəlb edilməsi, yeni istehsal sahələrinin işə salınması, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi və s. oldu.

Mütəxəssis-ekspert Abel Bayramov regionların inkişafı üçün yerli-özünüidarəetmə qurumları - bələdiyyələrə bir sıra səlahiyyətlərin verilməsinin vacibliyindən danışdı.

Digər ekspert, hüquq elmləri doktoru, professor Kamil Səlimov regionların inkişafına mane olan əsas səbəbin qanun boşluqlarında olduğunu – iddialara baxılması müddətlərinin həddən artıq çox zaman apardığını bildirdi.

Onun sözlərinə görə, sahibkarlar arasında inhisarçılıq hallarının da qarşısını almaq üçün normativ aktlara bir daha nəzər yetirilməlidir ki, onların çevik fəaliyyət göstərmələrinə yaradılan maneçiliklər aradan qaldırılsın.

Dəyirmi masa müzakirərlə davam etdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm