"Qanun" nəşriyyatı Prezidentə müraciət etdi
Bizi izləyin

İqtisadi gündəm

"Qanun" nəşriyyatı Prezidentə müraciət etdi

"Qanun" nəşriyyatı Prezidentə müraciət etdi - Foto

Bu gün “Qanun” nəşriyyatı ona qarşı edilən haqsızlıqlarla bağlı mətbuat konfransı keçirdi. Tədbirdə tanınmış, o cümlədən gənc yazarlar, tərcüməçilər və redaktorlar iştirak ediblər.

Musavat.com-un məlumatına görə, Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirdə yazıçı Çingiz Abdullayev nəşriyyatla bağlı vəziyyətin çətin olduğunu bildirib. O, nəşriyyata dəstək olmağın vacibliyini qeyd edib və bunun üçün yazarların da köməyinə ehtiyac duyulduğunu vurğulayıb. Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu nəşriyyatın vergi cəriməsindən, yazarların, tərcüməçilərin istintaqa çağırılmasından, nəşriyyatın fəaliyyətinin dayanmaq təhlükəsindən danışıb. Həmçinin bildirib ki, onlar vəziyyətdən çıxmaq üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər və bu səbəbdən ona müraciət ünvanlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm