Astarada müəmmalı ölüm
Bizi izləyin

Hadisə

Astarada müəmmalı ölüm

İlkin ehtimala görə, onun ölümünə odlu silahla ehtiyatsız davranma səbəb olub.

Astara rayonunda odlu silahdan açılan atəş nəticəsində ölüm hadisəsi qeydə alınıb.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Kakalos kəndi ərazisində baş verib.

Mərhumun yaxınlarının sözlərinə görə, 57 yaşlı Rəhimov Sadir Həbib oğlu evdən ov etmək məqsədi ilə çıxıb və gecə saatlarında yaşadığı yerə yaxın ərazidə meyiti tapılıb.

İlkin ehtimala görə, onun ölümünə odlu silahla ehtiyatsız davranma səbəb olub.

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində ilkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı 1/3-də odlu silah yarası olduğu təsdiqlənib. S.Rəhimovun hansı şəraitdə güllə yarası alması və ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm