Hadisə
Lənkəranski 500 min dollara killer tutub “Lotu Quli”ni öldürmək istəyirdi... - ŞOK - AUDİOYAZI
Bu ilin avqustunda İstanbulda güllələnən məşhur
azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski” ləqəbli
Rövşən Canıyevin barışmaz düşməni olan “Lotu Quli”ni (Nadir
Səlifov) həbsxanada öldürmək üçün killer tutduğu üzə
çıxıb.
Bu plan barədə təkzibolunmaz dəlillər "YouTube" şəbəkəsində
yerləşdirilib. “Rövşən Lənkəranski”nin İlqar adlı killeri ilə bir
vaxtlar “Lotu Quli”nin yaxın ətrafına daxil olan nüfuzlu kriminal
element Hikmət Muxtarov (“Sabirabadlı Hikmət” kimi tanınan mərhum
Hikmət Muxtarovla eyni ad-soyadı daşıyır-red) arasında telefon
danışıqlarının internetdə yerləşdirilmiş audioyazısından məlum olur
ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr
2009-cu ildə cərəyan edib. Həmin ərəfədə “Rövşən Lənkəranski” özü
Kiyevdə saxlanılmışdı və onun Azərbaycana deportasiyası
gözlənilirdi.
Telefon danışıqlarından məlum olur ki, “Lotu Quli”nin o vaxt cəza
çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını
“Rövşən Lənkəranski”nin klanına daxil olan İlqar adlı şəxs
hazırlayıb. O, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət
Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra “Lotu
Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən
Lənkəranski”yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin
həllini İlqara həvalə edib.
Telefon danışıqlarından belə məlum olur ki, Hikmət “Lotu Quli”nin
klanına mənsub olsa da ondan narazıdır və avtoritetin aradan
götürülməsi üçün ona verilmiş sifarişi yerinə yetirməyə hazırdır.
Lakin bu işi yerinə yetirmək üçün 500 min dollar haqq istəyib.
Anlaşmaya əsasən əvvəlcə pulun 100 min dolları Hikmətə ( o,
həbsxanada olduğu üçün ailəsinə) çatdırılmalıydı, qalanını isə
sifariş yerinə yetiriləndən sonra almalıydı. Daha sonra şərtlər
dəyişib və pulun 300 min dollarını əvvəlcədən vermək məsələsi
qoyulub.
“Lotu Quli”nin öldürülməsi məsələsini tərəflər 2009-cu ilin
dekabrında baş tutmuş bir neçə telefon danışığında müzakirə
ediblər. Həmin vaxt “Rövşən Lənkəranski”nin adamı Rusiyadan
Azərbaycana gəlmişdi və həbsxana ilə müntəzəm əlaqə saxlayıb “Lotu
Quli”nin aradan götürülməsi ətrafında müzakirələr aparırdı.
Telefon danışıqlarına əsasən Hikmət Muxtarov 13 saylı cəzaçəkmə
müəssisəsində “avroremont” kamerada tək qalan “Lotu Quli”ni
zəhərləyərək öldürməli idi. Bu məqsədlə o, avtoritetlə
yaxınlığından istifadə edib onun kamerasına girməliydi. Belə məlum
olur ki, sifarişin şərtlərinə əsasən “Rövşən Lənkəranski” Hikməti
öz himayəsinə götürəcəkdi və onun həbsxanadan buraxılması üçün
çalışacaqdı.
Telefon danışıqlarında İlqarla Hikmət “Rövşən Lənkəranski”nin
Azərbaycana ekstradisiyası və onun “oğru” adından məhrum edildiyi
barədə “Ded Xasan”ın çıxardığı hökmdən də danışırlar. Habelə
telefon söhbətlərindən birində İlqar “Lotu Quli”nin yaxın adamı,
“Oleq Bakinski” kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi
barədə danışır. “Sən bu işi burada həll edlə, mən də onu Kiyevdə o
tərəfə yola salım” deyir.
Belə məlum olur ki, İlqar “Lotu Quli”nin öldürülməsi üçün lazım
olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin
hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutub,
evdə axtarış aparılıb. Habelə Hikmətin qaldığı “zon”da “şmon” olub.
Bu uğursuzluğa baxmayaraq tərəflər yenə də planı müzakirə ediblər
və Hikmət sifarişi yerinə yetirəcəyinə tam arxayın edib. Ancaq ona
çatacaq məbləğin 100, yaxud 200 min dollarının “Rövşən Lənkəranski”
tərəfindən veriləcəyinə tam əmin olmaq istəyib. Ancaq plan baş
tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd
hazırlanmasından xəbəri olub və zəhərləmə əməlyyatı alınmayıb.
Telefon söhbətlərindən məlum olur ki, həmin vaxtlar “Lotu Quli” özü
də “gec-tez Rövşənin başını yeyəcəyi” haqda danışırmış...
Virtualaz.org həmin telefon danışıqlarını təqdim edir.
P.S. Oxucuların nəzərinə çatdırırıq ki, telefon danışıqlarında
tərəflər kriminal jarqonlardan və senzuradan kənar ifadələrdən
istifadə edirlər.
virtualaz.orq
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik