Bakıda ata-ana və iki azyaşlı oğlu diri-diri yandı
Bizi izləyin

Hadisə

Bakıda ata-ana və iki azyaşlı oğlu diri-diri yandı

Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasında yanğın olub.

Bu gün Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 kv.metr olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 kv.metr sahədə yanıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları - 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm