Prokuror İlhamə Quliyevanın köməkçisinə cəza istəyəcək
Bizi izləyin

Hadisə

Prokuror İlhamə Quliyevanın köməkçisinə cəza istəyəcək

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar verib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar verib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 6-da davam edəcək.

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də 73 yaşında dünyasını dəyişib. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm