Akif Çovdarovun vəkillərindən şikayət ediləcək - MƏHKƏMƏ
Bizi izləyin

Hadisə

Akif Çovdarovun vəkillərindən şikayət ediləcək - MƏHKƏMƏ

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi proses yenə də jurnalistlərin iştirakı olmadan davam etdirilir.

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi proses yenə də jurnalistlərin iştirakı olmadan davam etdirilir.

Saat 11:00-a təyin edilimiş iclasda təqsirləndirilən 4 nəfərin vəkillərindən yalnız biri prosesdə iştirak edib. Hakim Həbib Həsənov prosesə vaxtında qatılmayan vəkillər barədə Vəkillər Kollegiyasına məktub göndəriləcəyini qeyd edib.

Hakim vəkillərin gəlib çıxması üçün fasilə elan edib.

Məhkəmə nəhayət, saat 12:10-da davam edib. Prosesdə Akif Çovdarovdan zərərçəkmiş əntiq malların satışının həyata keçirildiyi "Moda" mağazasının sahibi olmuş Əbil Vəzirovun epizodu üzrə araşdırma aparılır.

Əbil Vəzirov 2015-ci uildə dünyasını dəyişib, Akif Çovdarov həbs ediləndən sonra onun arvadı Şura Vəzirova istintaqa müraciət edərək ərinin Çovdarov və adamları tərəfindən hədələndiyini, onun külli miqdarda vəsaitinin ələ keçirildiyini deyib. Hazırda bu epizod üzrə şahidlər dindirilir.

Noyabrın 25-dən aclıq aksiyası keçirən Akif Çovdarov məhkəməyə 3 həkimin nəzarətində gətirilib. Ötən proseslərdə olduğu kimi Çovdarov bu dəfə də oksigen balonu ilə məhkəmə zalında oturub. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm