Hadisə
Qadın polis qəza törətdi: 3 yaralı
Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi
avtomobillə qəza törədib.
Hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə
etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil
olmaqla 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına
yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra
evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.
Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır. (report)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!