Bakıdakı universitetdə DƏHŞƏT: Qız və oğlanların davası qanla bitdi (TƏFƏRRÜAT)
Bizi izləyin

Hadisə

Bakıdakı universitetdə DƏHŞƏT: Qız və oğlanların davası qanla bitdi (TƏFƏRRÜAT)

Əldə etdiyimiz məlumata görə, bir oğlan tələbə universitetin yaxınlığında əvvəl dəmir parçalarla döyülüb, sonra da bıçaqlanıb.

Tələbələrdən birinin bıçaqlanması və universitetdə tələbələr arasındakı dava ilə bağlı “Azərbaycan Universiteti”ndən Publika.az-a bildirilib ki, nə universitet daxilində, nə də həyətyanı sahədə döyülmə hadisəsi olmayıb: “Universitet tələbələrindən biri kənar şəxslərlə universitet xaricində mübahisə edib. Lakin olay universitet ərazisində olmadığına görə biz hadisəyə görə məsuliyyət daşımırıq. Ancaq deyildiyi kimi bıçaqlanma olmayıb. Oğlanlar arasında davada üz-gözün əzilməsi mümkündür. Ümumiyyətlə, hadisə universitet yaxınlığında deyil, “Qanun” nəşriyyatını keçəndən sonra Tbilisi prospektinə gedən yolda baş verib. Bunu universitetlə bağlamaq doğru deyil”.

Həmin gün universitetdə iki qız arasında dava olması ilə bağlı yayılan məlumata gəldikdə, universitetdən bildirdilər ki, belə bir mübahisənin yaşanmasını istisna etmək olmaz: “Hər gün bütün universitetlərdə tələbələr arasında mübahisə olur. Həmçinin bizim universitetdə tələbələr arasında mübahisə ola bilər. Bizim universitetdə tələbələrin kobud hərəkətlərinə görə universitetdən xaric edilir. Problemli tələbə isə hər yerdə ola bilər. Lakin onlara nəzarət üçün hamı çalışır”.

***

Bakıda tələbə universitetin qarşısında döyülüb.

Publika.az xəbər verir ki, hadisə Azərbaycan Universitetində baş verib.

Əldə etdiyimiz məlumata görə, bir oğlan tələbə universitetin yaxınlığında əvvəl dəmir parçalarla döyülüb, sonra da bıçaqlanıb.

Oğlanın universitetdə qız tələbələrdən birinə söz atdığı üçün döyüldüyü deyilir. Həmin qız bu barədə sevgilisinə məlumat verib. Qızın sevgilisinin göndərdiyi şəxslər isə oğlanı döyüblər.

Həmin gün universitetdə iki qız arasında da dava olub. Tələbə qızlardan biri digərini döyüb. Onlar arasındakı davanın səbəbi isə hələ ki, bilinmir. Tələbə qız universitetin qarşısında hər kəsin gözü qarşısında döyülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm