Qaxda mal-qara oğruları tutuldu
Bizi izləyin

Hadisə

Qaxda mal-qara oğruları tutuldu

Oğrular kəndə “Hyundai” markalı minik avtomobili ilə gəliblər.

Qaxda mal-qara oğruluğu ilə məşğul olan şəxslər iş başında yaxalanıblar.

Qax rayon Qarabaldır kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, bu gün axşam saat 20 radələrində kənd sakini Telman Paşa oğlu Paşayevin həyətyanı sahəsindəki mal tövləsindən iki baş xırda buynuzlu heyvanları oğurlamaq istəyən və hələ ki, adları açıqlanmayan iki nəfər şəxs kənd sakinləri tərəfindən tutularaq Qax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Sakinlərin sözlərinə görə, ev sahibi Telman Paşayev yaxın qohumlarının yas mərasimində olub. O axşam saatlarında evə qayıdaraq mal-qaranı yemləmək istəyib. Həyətə daxil olmaq istəyən Telman Paşayevi qapıda heyvanları oğurlayaraq aparmaq istəyən iki naməlum şəxs qarşılayıb. Oğrular ev sahibini gördükdən sonra heyvanları buraxıb qaçmaq istəyiblər. Bu zaman Telman Paşayev qonşuları köməyə çağırıb. Onun köməyinə çatan qonşular oğruları kəndin ərazisində tutublar. Hadisə yerinə çağırılmış polis əməkdaşlarının apardıqları ilkin istintaq zamanı məlum olub ki, oğrular kəndə “Hyundai” markalı minik avtomobili ilə gəliblər.

Qax RPŞ Telman Paşayevin həyətindən oğruluq edilməsi faktını təsdiqləyib və hazırda hadisə yerində araşdırmanın aparıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm