Bərdədə bir ailənin 4 üzvü saxlanıldı - Narkotik üstündə - - FOTO
Bizi izləyin

Hadisə

Bərdədə bir ailənin 4 üzvü saxlanıldı - Narkotik üstündə - - FOTO

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb.

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb.

Publika.az xəbər verir ki, rayonun Zümürxan kəndində ata və 3 oğlu tutulublar.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Vəkil Əsgərov Report-a bildirib ki, rayon polis şöbəsinin əməkdaşları kecirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı 24 yaşlı Mənaf Məmmədovla birlikdə rayon sakini Elcin Əliyeva narkotik maddə satarkən iş başında saxlanılıblar. Bundan sonra Məmmədovların yaşadıqları evə baxış kecirən polis əməkdaşları saxlanılan şəxslərin ataları, 49 yaşlı Ədilxan Məmmədovun və saxlanılanların daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.

Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kirminal nüfuza malik şəxsdir o, el arasında "Qoca" ləqəbi ilə tanınır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm