Bakı metrosunda FACİƏ: Özünü qatarın altına atdı və... - (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakı metrosunda FACİƏ: Özünü qatarın altına atdı və... - (YENİLƏNİB)

Bakı metrosunda QORXUNC ANLAR: Özünü qatarın altına atdı və...

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Publika.az-a bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğlu olması müəyyən edilib.

***

Bu dəqiqələrdə metronun “Nəriman Nərimanov” stansiyasında bir nəfər özünü qatarın altına atıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında faktı təsdiqləyib: “Hadisə saat 13:18-də baş verib. “İçərişəhər” – “Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı marşrut üzrə qatar stansiyaya daxil olanda baş verib. Kimliyi bəlli olmayan gənc oğlan qatar stansiyaya yaxınlaşarkən özünü relslərin üstünə atıb. Qısa zamanda qatarın hərəkəti dayandırılıb. Oğlan relslərin üzərindən çıxarılıb. Polis tərəfindən saxlanılıb. Hadisənin baş vermə səbəbi araşdırılır”.

N.Paşayev bildirib ki, qısa zamanda qatarların hərəkəti bərpa edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm