Salyanda DƏHŞƏT: 17 yaşlı oğlan bacısını... (TƏFƏRRÜAT)
Bizi izləyin

Hadisə

Salyanda DƏHŞƏT: 17 yaşlı oğlan bacısını... (TƏFƏRRÜAT)

Salyan rayonunda qətl hadisəsi baş verib.

Salyan rayon Xurşud kəndində qardaşın bacısını öldürməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərindən Publika.az-a bildirilib ki, Əkbər bacısını qısqanclıq zəminində qətlə yetirib.

Sakinlərin sözlərinə görə, onların atası Rauf Əsədov bir neçə dəfə həbs edilib.

“Atası yaxınlarda həbsdən çıxıb. Ailədə 5 uşaqdırlar, bu vaxta qədər aralarında hər hansı problemə görə mübahisə olduğunu eşitməmişəm. Bu gün səhər saatlarında eşitdik ki, bacısını öldürüb. Amma bildiyimizə görə, namus məsələsi deyil”, - deyə kənd sakinləri bildirib.

Sakinlərin sözlərinə görə, Əkbər Əsədov kənddə problemli biri kimi tanınmır.

***

Salyan rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb.

Belə ki, ailə-məişət münaqişəsi zəminində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsu vuraraq onu qətlə yetirib.

Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (report)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm