BƏDBƏXT HADİSƏ: Şəki sakini traktor qoşqusunun altında qaldı - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

BƏDBƏXT HADİSƏ: Şəki sakini traktor qoşqusunun altında qaldı - - FOTO/VİDEO

Hadisə Şəkinin zibillik poliqonunda baş verib.

54 yaşlı Şəki sakini Asim Mustafazadə traktor qoşqusunun altında qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində şəhər İcra Hakimiyyətinə məxsus traktorun qoşqusunun altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq traktorun sürücüsü 1962-ci il təvəllüdlü Mustafazadə Asim İspəndiyar oğlunun cəsədini qoşqunun altından çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 18:02-də başa çatıb.

Publika.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Şəkinin zibillik poliqonunda baş verib.

Asim Mustafazadə idarə etdiyi “Belarus” markalı traktorun qoşqusundan poliqonda zibil boşaldərkən ehtiyatsızlıqdan qoşqu onun üzərinə aşıb. Hadisə zamanı onun yanında heç kim olmayıb. Dünyasını dəyişən şəxs Şəki idman kompleksinin əməkdaşı olub. Əməkdaşlar onun 1 saat ərzində gəlmədiyini gördükdə zibillik poliqonuna gəlib və onu orada dünyasını dəyişmiş vəziyyətdə aşkarlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm