16 yaşlı qızın mədəsindən iynə çıxarıldı - - VİDEO
Bizi izləyin

Hadisə

16 yaşlı qızın mədəsindən iynə çıxarıldı - - VİDEO

“Tikiş iynəsi xəstənin mədəsinin çıxacağında aşkarlandı.”

Bunu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İbrahim Əfəndiyev bildirib. O, hadisənin Goranboy rayonunda baş verdiyini qeyd edib: “Gecə vaxtı paltar tikdiyi yerdə təsadüfən iynəni udub. Xəstəxanada ona həkimlər çörək, pambıq udmağı məsləhət bilib. Baxıblar ki, ağrı və qusma halları artır. Tezdən Bakıya gətiriblər. Xəstə bu şikayətlər altında bizim xəstəxanaya daxil oldu. Rengen müayinəsində iynənin mədədə olduğu görünürdü. Biz də endoskopik yolla mədəyə daxil olduq və fəsadsız iynəni götürə bildik.”

Həkim iynənin mədənin divarına batıb qaldığını vurğulayıb: “İynə mədəyə böyük ziyan vurmamışdı. Əgər bir necə gün də qalsaydı iynə mədəni deşib digər orqanlara ziyan vura bilərdi. Çünki mədə hərəkət etdikcə iynə irəliləyirdi.”

İbrahim Əfəndiyev elə həmin gün xəstənin evə buraxıldığını deyib.


(aznews.az)
***

Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən həkim-mütəxəssislər tərəfindən yad cisim xaric çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-ümumi cərrahı İbrahim Əfəndiyev bildirib ki, həkim-mütəxəssislərimizin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılan iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb. (qaynarinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm