• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Gənclik Mall”da həyəcanlı anlar - FOTO (YENİLƏNİB)

  • Hadisə
  • Xəbərin vaxtı: 2 Dekabr 2016 12:18    Yeniləndi: 2 Dekabr 2016 16:49
  • 911 Baxış
“Gənclik Mall”da həyəcanlı anlar - FOTO (YENİLƏNİB)

“Bu gün səhər saat 11-ə işləmiş “Gənclik Mall”da baş vermiş hadisə zamanı xəsarət alan olmayıb. Hazırda bunun başvermə səbəbləri araşdırılır”.

Bu sözlər “Gənclik Mall”dan Publika.az-a ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı daxil olan məlumatda qeyd edilib.

Rəhbərliyin yaydığı məlumatda bildirilir ki, ticarət mərkəzində ilk dəfədir belə hadisə baş verib: “Biz bununla bağlı ekspertlərə müraciət etmişik və nəticələr aradan qaldırılıb”.

***

"Gənclik Mall”da bu dəqiqələrdə təşviş yaranıb.

Binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb. Xoşbəxtlikdən səhər saatları olduğundan ticarət mərkəzində az insan olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Şarların yerə düşərək çilik-çilik olması isə insanlar arasında təşviş yaradıb.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik. (Bakipost.az)

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR