Əməliyyat zamanı ödündən nələr çıxdı - - FOTO
Bizi izləyin

Hadisə

Əməliyyat zamanı ödündən nələr çıxdı - - FOTO

Əməliyyat zamanı insan orqanizmindən çoxsaylı noxudvari daşlar çıxıb.

Sumqayıtda fəaliyyət göstərən klinikaların birində xəstənin ödünün əməliyyatı zamanı ondan çoxsaylı noxudvari daşlar çıxarılıb. Öd kisəsinin çıxarılması bu gün dünya üzrə aparılan cərrahi əməliyyatlar arasında ikinci yerdədir.

Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.

Öd daşı xəstəliyinin tutması özünü çox güclü kəsici ağrılarla biruzə verir. Adətən tutma qəfildən, bir çox hallarda yağlı və kəskin qidaların qəbulundan, güclü fiziki gərginlikdən, stressdən, nəqliyyatda silkələnmədən sonra başlayır.(faktor.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm