Gecə vaxtı metronun önündə qadına hücum etdi
Bizi izləyin

Hadisə

Gecə vaxtı metronun önündə qadına hücum etdi

Pula görə...

Dekabrın 4-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında - Şərifzadə küşəsində naməlum şəxs Mirzəyeva Zima Zülfüqar qızına hücum edib. Həmin şəxs qadına hədə-qorxu gələrək pul tələb edib və onun üzərindəki 70 manat pulu ələ keçirərək qaçıb.

Qadın başına gələnlərlə bağlı polisə müraciət edib. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm