Gəncədə iki minik avtomobili toqquşdu
Bizi izləyin

Hadisə

Gəncədə iki minik avtomobili toqquşdu

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolda qeydə alınıb.

İki “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülər, Gəncə şəhər sakinləri, 1982-ci il təvəllüdlü Fərasət Məlikov və 1992-ci il təvəllüdlü Elnur Elbəgiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm