Adı "Qırmızı kitab"a düşən quşları ovlayan şəxs tutuldu - - FOTO
Bizi izləyin

Hadisə

Adı "Qırmızı kitab"a düşən quşları ovlayan şəxs tutuldu - - FOTO

Onun istifadə etdiyi ov tüfəngi qeydiyyatsız olduğu üçün polis tərəfindən götürülüb.

Biləsuvar rayonunda adı "Qırmızı kitab"a düşən quşları qanunsuz olaraq ovlayan şəxs tutulub.

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı rayonun Nəsimikən kənd sakini Cavid Qasımov tutulub.

Məlum olub ki, rayonun Şəhriyar adlanan ərazisində qanunsuz ov edən C.Qasımov adı qırmızı kitaba düşən 13 ədəd Bəzgək quşunu ovlayıb. Onun istifadə etdiyi ov tüfəngi qeydiyyatsız olduğu üçün polis tərəfindən götürülüb.

Qeyd edək ki, C. Qasımovun ovladığı Bərzək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı "Qırmızı kitab"a daxil edilib. Hazırda həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm