Hadisə
Ər onunla yatmayan arvadına DƏHŞƏTLİ İŞGƏNCƏ VERDİ - CİNAYƏT İŞİ
Həyat yoldaşına işgəncə verməkdə ittiham olunan Şəmkir rayonunun Düyərli kəndində anadan olan 1990-cı il təvəllüdlü Eynur Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Eynur Allahverdiyev 2014-cü ilin noyabr ayında hamilə vəziyyətdə olan həyat yoldaşı Pərvanə ilə yaşadığı evdə ailə münasibətlərinin pozulması zəminində dalaşıb.
Hamilə olduğu üçün onunla cinsi münasibətdə olmaq istəməyən arvadını buduna qaz sobasında qızdırdığı şişlə "dağ basan" Eynur çirkin əməllərini növbəti günlər də davam etdirib.
Eynur Allahverdiyev Pərvanə ilə eyni evdə yaşasalar da, onların ər-arvad kimi münasibətləri olmayıb. Ayrı-ayrı otaqlarda gecələyən ər-arvadın arasında növbəti mübahisə 2015-ci ilin fevralın 1-də baş verib.
Eynur Allahverdiyev həmin gün axşam yenə yaşadıqları mənzildə kəndirlə Pərvanənin əllərini bağlayıb və döşəməyə yıxaraq qaz sobasının üzərində qızdırdığı qaynar suyu onun başına töküb. Bununla da Pərvanə sağ gicgah və sağ çiyinüstü nahiyənin termiki yanıqları alıb.
Fevralın 11-də Eynur Allahverdiyev yenə də gecə saatlarında həyat yoldaşına işgəncə verməyə başlayıb. O, Pərvanə Allahverdiyevanı döyərək bədənini müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.
Eynur Allahverdiyev növbəti dəfə həyat yoldaşına fevralın 17-də
işgəncə verib.
Pərvanə Allahverdiyeva sonda Şəmkir rayon polis şöbəsinə ərizə ilə
müraciət edib. O, müraciətində əri tərəfindən işgəncələrə məruz
qaldığını yazıb. Tibbi ekspertiza Pərvanə Allahverdiyevanın
işgəncələrə məruz qaldığını təsdiqləyib.
Eynur Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci
(aşkar surətdə hamilə vəziyyətində olan qadına işgəncə vermə)
maddəsi ilə cinayət işi başlanıb.
Şəmkir rayon Məhkəməsinin hökmü ilə Eynur Allahverdiyev 2 il
müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Eynur Allahverdiyev apelyasiya şikayəti verib. O, şikayətində həyat yoldaşına işgəncə vermədiyini qeyd edib. Bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Eynur Allahverdiyevin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.
Bu səbəbdən Eynur Allahverdiyev kasasiya şikayəti verib. Ali Məhkəmədə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Eynur Allahverdiyevin kasasiya şikayəti təmin edilməyib.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO