Dələduzluq edən mütəşəkkil dəstə cəzalandırıldı
Bizi izləyin

Hadisə

Dələduzluq edən mütəşəkkil dəstə cəzalandırıldı

Həmin şəxslər Suraxanı polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yaşar Rəsulov, Reyhan Hüseynova, Kəmalə Rüstəmova, Ceyran Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ceyran Rüstəmova və Reyhan Hüseynovanın hər biri 11 il, Yaşar Rəsulov 9 il 6 ay, Kəmalə Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar.
Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər.
Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib. Bütün sənədlər imzalanıb və ona pulu tez bir zamanda götürəcəyi deyilib.

Əslində imza edilən sənədlər alqı-satqı müqaviləsi olub. Həmin şəxslər Suraxanı polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm