Cəlilabadda qanunsuz ov edənlər saxlanıldı - - FOTO
Bizi izləyin

Hadisə

Cəlilabadda qanunsuz ov edənlər saxlanıldı - - FOTO

Cəlilabadda qanunsuz ov edənlər saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi birgə reyd zamanı rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Publika.az xəbər verir ki, yerli sakinlər Asif Soltanov, Tahir Məmmədov və Uzuntəpə kənd sakini İnşallah Həsənov heç bir icazə sənədi olmadan birlikdə Mahmudçala ovçuluq təsərrüfatında 25 ədəd gərəf və 8 ədəd çöl ördəyi ovlayıblar.

Saxlanılan zaman o da məlum olub ki, ovçulardan Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm