Krımda azərbaycanlı idmançı qardaşlar həbs edildi - Terror ittihamı - - FOTO
Bizi izləyin

Hadisə

Krımda azərbaycanlı idmançı qardaşlar həbs edildi - Terror ittihamı - - FOTO

Simferepol şəhər məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib.

Krımda azərbaycanlılar, taekvando üzrə vaxtilə Avropa çempionatının mükafatçıları olmuş Üzeyir və Teymur Abdullayev qardaşları terrorçuluqda ittiham olunaraq həbs olunublar.

"Report"un məlumatına görə, Simferepol şəhər məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib.
Həbs qətimkan tədbirinin müddəti 11 mart 2017-ci ildə bitəcək.

Qardaşlar dini radikalizm adı altında terror planının həyata keçirilməsində, buna rəhbərlik edilməsində ittiham olunurlar. Keçmiş çempionlar barəsində Krım vilayəti Cinayət Məcəlləsinin 215.5 maddəsi (terrorçuluq) ilə cinayət işi də qaldırılıb. Onlarla bərabər daha bir neçə nəfər də saxlanılıb. Qardaşların ailəsi ittiham ilə razılaşmır, onların yalnız dini ibadət ilə məşğul olduğunu bildirirlər.

Qeyd edək ki, hər iki qardaş 1996-cı ildən Krımda yaşayırlar, hər ikisi Azərbaycan vətəndaşıdırlar.

Qardaşlar ötən əsrin 90-cı illərində Azərbaycanı taekvando üzrə Avropa çempionatında təmsil edərək mükafat qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm