Hacıqabulda “Mercedes” piyadanı vurdu
Bizi izləyin

Hadisə

Hacıqabulda “Mercedes” piyadanı vurdu

Hacıqabulda “Mercedes” piyadanı vurdu

Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayonun Atbulaq kəndi ərazisində Ələddin Alıyevin idarə etdiyi “Mercedes” markalı 90 KV 802 dövlət nömrə nişanlı avtomobil həmin kəndin sakini 1979-cu il təvəllüdlü Rəhimov Elnur Haqverdi oğlunu vurub.

E.Rəhimov xəstəxanaya çatdırılarkən yolda keçinib.

Fakt üzrə Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm