Sərxoş sürücü qəza törətdi, yaralandı
Bizi izləyin

Hadisə

Sərxoş sürücü qəza törətdi, yaralandı

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Şəmkir rayonunda avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Posanlı kəndində olub. Sərxoş halda "VAZ" markalı avtomobili sürən İsmaylov Eynar Ələddin oğlu idarəetməni itirib, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

Nəticədə sürücü, Şəmkir rayon Posanlı kənd sakini, 1969-cu il təvəllüdlü E.İsmaylov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm