Lənkəranda iki maşın toqquşdu, ölən və yaralanan var
Bizi izləyin

Hadisə

Lənkəranda iki maşın toqquşdu, ölən və yaralanan var

“Qazel” markalı yük maşını ilə “Opel – Astra” markalı minik avtomobili toqquşdu

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə bu gün saat 06.30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan “Qazel” markalı yük maşını ilə “Opel – Astra” markalı minik avtomobili toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “Opel-Astra”-nın sərnişini, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Telman oğlu Rəhmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. apa.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm