Bakıda dəhşətli qəza - Vurulan piyadanın boynu üzüldü
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli qəza - Vurulan piyadanın boynu üzüldü

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.

Bakıda vurulan piyadanın boynu üzülüb.

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.
Belə ki, İsa Ağazadə idarə etdiyi 90 VL 279 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkət edən zaman piyada, 48 yaşlı Səmədov İsmayıl Ağa oğlunu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındıraraq salona girib. Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadanı xəstəxanaya çatdırıb. Lakin İ.Səmədovun öldüyü müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm