Dövlət Komitəsi DİN və DTX-nın iştirakı ilə əməliyyat keçirildi
Bizi izləyin

Hadisə

Dövlət Komitəsi DİN və DTX-nın iştirakı ilə əməliyyat keçirildi

Ferma köşkündən 40 adda dini təyinatlı ədəbiyyat, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkarlandı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq razılığı olmayan, dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatın mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, baxış zamanı “Qobu yolu” adlanan ərazidə ferma köşkündən 40 adda dini təyinatlı ədəbiyyat, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm