Müştəri taksi sürücüsünü bıçaqladı - BAKIDA
Bizi izləyin

Hadisə

Müştəri taksi sürücüsünü bıçaqladı - BAKIDA

Bakının Səbail rayonununda bıçaqlanma hadisəsi baş verib.

Bakının Səbail rayonununda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Məktəbli küçəsi, 1 ünvanı qarşısında qeydə alınıb.

Həmin ünvanda taksi fəaliyyəti ilə məşğul olan Bayram Cəfərov bıçaqlanıb. O, özünə məxsus “Mercedes” markalı avtomobilin salonunda müştərisi tərəfindən bıçaq xəsarəti alıb. Bayram Cəfərov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm