Bakıda arvadı evdən gedən kişi görün, nə etdi
Bizi izləyin

Hadisə

Bakıda arvadı evdən gedən kişi görün, nə etdi

Hadisə 1-ci Zabrat qəsəbəsində baş verib.

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə 1-ci Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1976-ci il təvəllüdlü Rafiq Budaqov yaşadığı evdə qarın nahiyyəsinə iki bıçaq zərbəsi vurub. O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, Rafiq Budaqov özünə bıçaqla xəsarət yetirən zaman sərxoş olub.

Bildirilir ki, bir neçə gün əvvəl Rafiq Budaqov həyat yoldaşından ayrılıb. Arvadının ondan ayrılmasına əsəbləşən 40 yaşlı kişi intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm