Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə öldü (YENİLƏNDİ) - - FOTO
Bizi izləyin

Hadisə

Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə öldü (YENİLƏNDİ) - - FOTO

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

S.ismayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi.

Məlumata görə, S.İsmaylovanın həyat yoldaşı polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir. (criminal.az)

***

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. (lent.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm