Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın TƏFƏRRÜATI (YENİLƏNDİ) - - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın TƏFƏRRÜATI (YENİLƏNDİ) - - VİDEO

Nəticədə qadın sürücü ölüb.

Ölkə.Az hüquq-mühafiə orqanlarından qəzanın baş vermə səbəbi ilə bağlı məlumat əldə edib.

Verilən məlumata görə, hadisədən bir müddət əvvəl Sevda İsmayılovanın avtomobili DYP tərəfindən saxlanılıb.

Dərsə tələsdiyindən xanım sənədləri polisə verərək işə gedib. Yolda isə həyat yoldaşı ilə telefonla danışdığına görə qarşı tərəfə çıxıb. Nəticədə qəza baş verib.

Hadisə yerinə baxış keçirərkən polis əməkdaşları xanımın üzərindən və avtomobildən heç bir sənəd tapmayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

“BakuBus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də APA-ya təqdim edib: “Eyni zamanda “BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm