Tanınmış şairimiz ürəyindən əməliyyat olundu - - FOTO
Bizi izləyin

Hadisə

Tanınmış şairimiz ürəyindən əməliyyat olundu - - FOTO

“Kəskin ürək ağrıları, təngnəfəslik, sinəsində və kürək nahiyəsində göynərtilər vardı".

Tanınmış şair Faiq Balabəyli bu gün ürəyindən əməliyyat olunub.

Axar.az xəbər verir ki, bu haqda şairin oğlu Tural Balabəyli məlumat verib.

Onun sözlərinə görə, F.Balabəyli hazırda “Zəfəran” hospitalına yerləşdirilib:

“Kəskin ürək ağrıları, təngnəfəslik, sinəsində və kürək nahiyəsində göynərtilər vardı. Bir neçə gün öncə “Medilənd” hospitalında müayinə edildikdən sonra həkimlərin yekun qərarı açıq cərrahiyyə əməliyyatı oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm