Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edildi
Bizi izləyin

Hadisə

Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edildi

Faktla bağlı araşdırma aparılır.

Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 min ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm