Nazirlikdən ana ölümü ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Hadisə

Nazirlikdən ana ölümü ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunda baş vermiş ana ölümü ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunda baş vermiş ana ölümü ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Apa-ya bildirib ki, Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı vaxtı çatmış 39 həftəlik hamiləliklə, uşaqlıq qanaxması, ölü döl diaqnozu və 4-cü dərəcəli şokla qohumları tərəfindən Mərdəkandakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib.

Onun sözlərinə görə, mərhum evdə çoxlu qan itirib: “Yanvarın 14-ü səhər saat 06.00 radələrində xəstə təxirəsalınmaz əməliyyata götürülüb. Lakin əməliyyatın gedişi zamanı, aparılan reanimasiya tədbirlərinə baxmayaraq 06.25-də xəstənin ürək fəaliyyəti dayanıb. Meyit təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılıb, nəticələri barədə yaxın vaxtlarda məlumat veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm