"Nardaran işi"ndə təqsirləndirilənlər son söz dedi - YENİLƏNİB
Bizi izləyin

Hadisə

"Nardaran işi"ndə təqsirləndirilənlər son söz dedi - YENİLƏNİB

Təqsirləndirilənlər son söz dedi

Günün ikinci yarısında ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Taleh Bağırov son sözünə davam edib.

Daha sonra Cahad Babakişizadə, Fərhad Balayev, Etibar İsmayılov və Ramin Yarıyev son söz deyiblər. Onlar özlərini təqsirli bilməyiblər.

Proses yanvarın 18-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Əsgərov çıxış edərək günahsız olduğunu deyib.

Daha sonra Taleh Bağırov son söz deyib. O da təqsiri olmadığını bildirib.

Proses günün ikinci yarısında Taleh Bağırovun çıxışı ilə davam edəcək.

Qeyd edək ki, prokuror Taleh Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11 il, Müsəlman Birliyi Təşkilatının üzvləri Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Şamil Abduləliyevin 15 il, Zakir Mustafayevin 15 il, Cahad Babakişizadənin 15 il, Aqil Quliyevin 15 il, Abbas Quliyevin 15 il, İbrahim Xudaverdiyevin 15 il, Etibar İsmayılovun 15 il, Bəhruz Quliyevin 15 il, Əli Nuriyevin 15 il, Əlibala Vəliyevin 15 il, Fərhad Balayevin 15 il, Abbas Tağıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm