Gədəbəydə ev, Masallıda mağaza yandı
Bizi izləyin

Hadisə

Gədəbəydə ev, Masallıda mağaza yandı

Gədəbəydə ev, Masallıda mağaza yandı.

Ötən axşam Gədəbəy və Masallıda yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 28 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm