Zəhərlənməyə səbəb olan dərmanlar
Bizi izləyin

Hadisə

Zəhərlənməyə səbəb olan dərmanlar

2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb.

2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, 2015-ci ildə şöbəyə 2462 müraciət daxil olmuşdursa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib.

Müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21% - dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% - yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

Qeyd edək ki, toksikoloji zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsi məşğul olur. Mütəmadi olaraq toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancma kimi şikayətlərlə müraciətlər qeydə alınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm