Nəvəsinin cinsiyyət orqanını kəsən babadan DƏHŞƏTLİ ETİRAF
Bizi izləyin

Hadisə

Nəvəsinin cinsiyyət orqanını kəsən babadan DƏHŞƏTLİ ETİRAF

Proses yanvarın 27-də davam edəcək.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində nəvəsini qətlə yetirməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi iclasda şahid qismində R.Bayramovun qudası Saleh Həsənov ifadə verib. Şahid bildirib ki, meyiti onun maşınında Ağdama aparıblar: "Mən bilmirəm, qətli kim törədib. Rakif dedi ki, nəvəsini öldürüblər. Mən də heç nə soruşmadım".

Hakim isə bildirib ki, şahid istintaq zamanı ifadəsində Rakif Bayramovun nəvəsini namus üstündə öldürdüyünü deyib. Hakimin sözlərinə görə, şahidin cinayət hadisəsini bilib gizlətməsi barədə şübhələr olduğundan onun haqqında ayrıca cinayət işi başlanılıb.

R.Bayramov bildirib ki, qətli özü törədib: "Uşaq dəfələrlə mənim şəhidlərmi söydü. Mən də onu öldürdüm. Salehi rayona getməyə də mən məcbur etmişəm. O, hər şeyi düz danışır".

Daha sonra təqsirləndirilən şəxsin ilkin ifadəsi elan edilib: "Nəvəmin hərəkətlərinə dözmək olmurdu. Qızım deyirdi ki, narkomanlarla dostluq edir. Hadisə baş verən gün onu danladım və narkoman dostlarını evə gətirməsinə irad bildirdim. Bu zaman o, şəhid oğluma söydü. Mən əvvəlcə yumruqla bir zərbə vurdum. O, huşunu itirib yerə yıxıldı. Bu zaman ağzına parça soxdum və cinsiyyət orqanını kəsdim, lakin dərisindən ayırmadım. Bundan sonra kəndirlə onu boğub öldürdüm. Daha sonra meyiti sellofana büküb çarpayının altına itələdim".

R.Bayramov isə öldürəndən sonra cinsiyyət orqanını kəsdiyini deyib.

Proses yanvarın 27-də davam edəcək.

Qeyd edək ki, ötən ilin fevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti mərhumun babası Rakif Bayramovun törədildiyi müəyyənləşib. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.

Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu boğaraq qətlə yetirdiyini etiraf edib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm