İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən...”
Bizi izləyin

Hadisə

İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən...”

İbrahim sonuncu dəfə yanvarın 15-i paylaşım edib.

İmtahandan sonra özünü pis hiss edərək dünyasını dəyişən Gəncə Dövlət Universitetinin magistrı Həşimli İbrahim Müstəib oğlu iki gün əvvəl sosial şəbəkələrdə imtahanlardan yazıb.

Publika.az xəbər verir ki, İbrahim sonuncu dəfə yanvarın 15-i paylaşım edib. O, "İmtahan qurtarsın, şeir paylaşacağam. Birdən kəsərlər imtahandan..." statusunu yazıb.

Qeyd edək ki, Pedoqoji fakültənin magistratura mərhələsində təhsil alan 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəim oğlu imtahandan çıxandan sonra özünü pis hiss edib. O, yazılı imtahanda iştirak edib və daha sonra fakültənin dəhlizində müvazinətini itirərək yıxılıb. Dərhal təcili yardıma müraciət edilib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümükün olmayıb.

Universitetdən bildirilib ki, İ.Həşimli epilepsiya tutması keçirib. (big.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm