Şəmkirdə cinayət: Taksiyə mindi, sürücünü bıçaqladı - Maşın təmirxanadan tapıldı
Bizi izləyin

Hadisə

Şəmkirdə cinayət: Taksiyə mindi, sürücünü bıçaqladı - Maşın təmirxanadan tapıldı

Şəmkir rayonunda taksi sürücüsü sərnişini tərəfindən bıçaqlanıb.

Şəmkir rayonunda taksi sürücüsü sərnişini tərəfindən bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Seyfəli kəndi ərazisində baş verib.

Belə ki, naməlum şəxs taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobilə əyləşərək sürücü, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq Əli oğluna onu Seyfəli kəndinə aparmasını deyib. Yolda sərnişin sürücünü bıçaqla hədələyərək avtomobili saxladıb və daha sonra onu bıçaqlayaraq N.Babayevin avtomobilini qaçıraraq oradan uzaqlaşıb.

Yaralı yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Avtomobili qaçıran şəxs isə onu rayon ərazisində fəaliyyət göstərən avtomobil təmirxanalarının birinə satıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil tapılıb. Bıçaqlayan şəxsin axtarışı isə davam etdirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (ARB)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm