Astarada AĞIR QƏZA: 5 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Astarada AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

Astarada avtoqəza nəticəsində 5 nəfər xəsarət alıb.

Astarada avtoqəza nəticəsində 5 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Kijəbə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan dördü Astara rayon mərkəzi xəstəxanasına, Şuvi kənd sakini 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədov isə Lənkəran mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəsarət almış üç sərnişinin kimliyi hələlik məlum deyil.

Fakt araşdırılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm